EN

Trüdo Trampın bu siyasətini sərt tənqid etdi: "Amerikalılar onun bədəlini ödəyəcəklər"

Kanadanın baş naziri Castin Trüdo ABŞ Prezidenti Donald Trampın Kanada məhsullarına 25 faiz gömrük rüsumu tətbiq edəcəyini şərh edib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Trüdo paytaxt Ottavada jurnalistlərə açıqlamasında bildirib ki, Tramp bu planı həyata keçirərsə, Kanada başqa rüsumlar ilə cavab verəcək və ABŞ istehlakçıları demək olar ki, hər şeyin qiymətində artım görəcəklər.
 
Donald Trampın Meksikadan sonra ABŞ-nin ikinci ən böyük ticarət tərəfdaşı olan Kanadanı hədəf alması avtomobil, taxta-şalban və neft bazarlarının istehsalını poza bilər.

Tramp ABŞ-nin Kanadaya ehtiyacı olmadığını bildirsə də, Amerikanın gündəlik istehlak etdiyi neftin demək olar ki, dörddə biri Kanadadan gəlir.
 
Amerikanın şimal qonşusu həm də polad, alüminium və uran, eləcə də ABŞ-nin ehtiyac duyduğu 34 kritik mineral və metalın ən böyük xarici tədarükçüsüdür.

Kanada ABŞ-nin 36 ştatı üçün ən böyük ixracat məkanıdır.
  
Qeyd edək ki, Tramp açıqlamasında Kanada və Meksikaya 25 faizlik gömrük rüsumunun tətbiqinin fevralın 1-dən qüvvəyə minəcəyini bildirib.

Mikayıl
Chosen
3
azxeber.com

1Sources