Rusiyanın xalq artisti Sofiya Rotaru satışa qoyduğu Moskvadakı mənzilinin qiymətini endirsə də, yenə də alıcı tapa bilməyib.
News24.az Söz.az-a istinadla xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.
Xalq artistinin dostunun dediyinə görə, Zoologiçeskaya küçəsindəki üç otaqlı mənzilin qiyməti 70 milyon rubldan 65 milyon rubla endirilib:
"Bu pula asanlıqla mərkəzdə yeni mənzil ala bilərsiniz. Nəticədə Sofiya mənzili satmamaq qərarına gəldi".
Qeyd edək ki, 2024-cü ilin noyabrında Rotaru Moskvadakı mənzilini Nikolay Baskova satmağa çalışıb, lakin sənətçi sövdələşmədən imtina edib. Musiqi prodüseri Alina Sagina bildirib ki, Rotaru paytaxtdakı daşınmaz əmlakını satmaq məqsədi ilə şou-biznesdəki bir çox həmkarına zəng edib.
![](https://news24.az/uploads/posts/2025-01/f6881b2f4753a23dc894df9a38242a24.webp)