EN

Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək

Bakı. Trend:

Madrid şəhərində keçirilən “FITUR” beynəlxalq turizm sərgisiçərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevinrəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İspaniyaya səfəredib.

Trend xəbər verir ki, səfərçərçivəsində Fuad Nağıyev ilə BMT Turizmin Baş katibi ZurabPololikaşvili arasında Təşkilatın Madriddəki Baş qərargahındakeçirilən görüşdə BMT Turizmin Avropa üzrə Regional Komissiyasının71-ci iclasının 2025-ci ilin 4-6 iyun tarixlərində Azərbaycandakeçirilməsi haqqında müqavilə imzalanıb. Görüşdə, həmçininAzərbaycanın 2025-2029-cu illər üzrə BMT Turizmin İcraiyyə Şurasınaüzvlüyə namizədliyini irəli sürməsi, COP29-da “Turizm günü”çərçivəsində ölkəmizin qoşulduğu Qlazqo Bəyannaməsi üzrə birgəfəaliyyət, təşkilat ilə turizm təhsili sahəsində əməkdaşlığıngenişləndirilməsi təşəbbüsü, eləcə də BMT Turizmin “Ən yaxşı turizmkəndi” nominasiyası faylına ölkəmizin müraciəti üzrə müzakirələraparılıb.

Səfər müddətində Fuad Nağıyev ilə İspaniyanın sənaye və turizmnaziri Jordi Hereu arasında görüş baş tutub. Görüşdə F. Nağıyevölkə turizminin Avropa bazarında təbliğ edilməsi məqsədiləİspaniyada keçirilən “FITUR” və “IBTM World” sərgilərindəAzərbaycanın milli stendlərlə təmsil olunması, İspaniya iləbeynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişaf etməsihaqqında məlumat verib, Jordi Hereunu BMT Turizmin Avropa üzrəRegional Komissiyasının Bakıda keçiriləcək 71-ci iclasına dəvətedib. Öz növbəsində iki ölkə arasında turizm sahəsində əməkdaşlıqperspektivlərini qeyd edən J. Hereu əlaqələrin daha da inkişafetdirilməsinin və qarşılıqlı turist səfərlərinin artırılmasınınvacibliyini vurğulayıb.

“FITUR” sərgisi çərçivəsində Azərbaycan pavilyonunda FuadNağıyev ilə Braziliyanın turizm naziri Selso Sabino, Andorranınturizm və kommersiya naziri Jordi Torres Falko, eləcə də ÖzbəkistanRespublikasının Turizm Komitəsinin sədri Umid Şadıyev ilə görüşlərtəşkil edilib, müvafiq ölkələrlə mövcud turizm əlaqələri haqqındamüzakirələr aparılıb.

Chosen
4
2
az.trend.az

3Sources