EN

Lukaşenko bu qədər məhkumu əfv etdi

Belarus prezidenti Aleksandr Lukaşenko müvafiq fərman imzalayaraq 15 məhkumu əfv edib.

Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Ekstremist xarakterli cinayətlər törətmiş üç kişi və beş qadın əfv edilib. Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 7 nəfər əfv edilib, onlardan 6-sı yetkinlik yaşına çatmayanda cinayət törətmişlər.

“Hər bir əfv mərhəmətin təzahürüdür, normal həyata qayıtmaq və cəmiyyətin qanuna tabe olan üzvü olmaq şansıdır”, – deyə mətbuat xidməti qeyd edib.

Chosen
8
12
medianews.az

10Sources