Belarus Prezidenti Aleksandr Lukaşenko 15 məhkumun əfv edilməsi haqqında fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
“Ekstremist xarakterli cinayət törətmiş beş qadın və üç kişi əfv olunub. Onlardan beşinin övladı var, bir qadın hamilədir. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 3-ü qadın olmaqla, 7 nəfər də əfv edilib”, - məlumatda deyilir.
Qeyd edək ki, Belarusda prezident seçkisi 26 yanvarda keçiriləcək.