EN

AZAL-ın qara qutularının dərc olunmuş stenoqramı ilə orijinalı arasında fərqlər var - -Müəmmalı gəlişmə

Aktau yaxınlığında qəzaya uğrayan AZAL aviaşirkətinə məxsus təyyarənin qara qutularının dərc olunmuş stenoqramı orijinaldan fərqlənir. 

 

Missiya.Az xarici Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə Kazinform-a Qazaxıstan baş nazirinin müavini, təyyarə qəzasını araşdıran komissiyanın rəhbəri Kanat Bozumbayev məlumat verib.

 

Onun sözlərinə görə, internetdə yerləşdirilən stenoqram real deyil - real yazılardan fərqlər əhəmiyyətlidir.

 

Yanvarın 15-də internetdə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotları ilə aviadispetçerlər arasında danışıqların stenoqramı yayılıb. Söhbətin stenoqramından belə çıxır ki, Embraer 190 ekipajı müstəqil olaraq Qroznıya enməmək, Mahaçqalaya uçmamaq, Bakıya və sonda Aktauya qayıtmaq barədə ardıcıl qərarlar qəbul edib. 

Yayılmış stenoqramın orijinaldan fərqinin konkret olaraq hansı məqamlardan ibarət olmasından isə bəhs olunmayıb .

 

Elcan

Missiya.Az

Chosen
15
50
missiya.az

10Sources