Fransa millisinin sabiq kapitanı Zinəddin Zidan Andres İnyesta 2010-cu ildə "Qızıl top"u almalı olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, əfsanəvi fransalının dediklərini "GiveMeSport" belə təqdim edib:
"Mən İnyesta haqqında yalnız xoş sözlər deyirəm, oynadığı oyuna, futboluna heyranam. Ona gələcəkdə yalnız ən yaxşısını arzulamaq istəyirəm. Düşünürəm ki, o, karyerası ərzində "Qızıl top"u qazanmalı idi. 2010-cu ildə, xüsusən də dünya çempionu olduğu həmin o vaxt o, buna layiq idi”.
Qeyd edək ki, 2010-cu ildə "Qızıl top" mükafatını "Barselona"nın keçmiş hücumçusu Lionel Messi qazanıb.
Mirağa