EN

"Bəzən o, narazılıq edir, amma..."

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim komandanın vingeri Alexandro Qarnaçonun satılacağı ilə bağlı yayılan məlumatlar fonunda ara-sıra narazılıq etdiyini bildirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin "Napoli"nin maraqlandığı oyunçu haqda dediklərini BBC belə çatdırıb:

"Qarnaçonun bütün aspektlərdə "artırdığını" düşünürəm. Bəzən o, narazılıq edir, amma bu, yaxşı haldır. Deməli, daha çox şeyə nail olmağı hədəfləyib. Onun inkişaf etmək üçün çox böyük potensialı var".

Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 33 matça çıxan 20 yaşlı Qarnaço 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun MY ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı gənc futbolçunun transfer qiymətini 50 milyon avro ilə dəyərləndirir.

Nihat

Chosen
11
fanat.az

1Sources