EN

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqdatəqsirləndirilən "AZ İNTEKST” MMC-nin direktoru Ruhəddin Cabbarov,MMC-nin işçiləri – Sənan Quliyev və Telman Fətəliyevin cinayət işiüzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə,hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdətəqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Sənan Quliyev 7 il 9 ay 19 gün, azadlıqdanməhrum edilib. Hökmə görə, istintaq dövründə polisin nəzarətialtında olan şirkət rəhbəri Ruhəddin Cabbarov 2 il 11 ay, şirkətinişçisi Telman Fətəliyev isə 3 il azadlıqdan məhrum edilib, onlarməhkəmə zalında həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların evlərinitəmir etmək adı ilə aldadıb, onların külli miqdarda pullarını ələkeçiriblər. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərinbarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyanvurmaqla dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib.

Cinayət işi üzrə 28 nəfər zərərçəkmiş qismində tanınıb.Zərərşəkmiş şəxslərdən biri – Əli Nuriyev birinci QarabağMüharibəsinin qazisi, ehtiyatda olan baş; leytenantdır. O,Nərimanov rayonunda, Koroğlu Rəhimov küçəsi 1-də yerləşən mənzilinitəmir elətdirmək məqsədi ilə 2021-ci ilin iyunun 11-də özünü “AZİNTEKST” MMC-nin direktoru kimi təqdim edən Cabbarov Ruhəddin Rasimoğlu ilə müqavilə bağlayıb. Pulu ödəsə də, işi görülməyib.

Məqalədə:
Chosen
18
8
az.trend.az

5Sources