EN

Kompüterləri təmir etmək asanlaşacaq - "Intel"dən maraqlı yenilik

ABŞ-nin "Intel" korporasiyası kompüterlərin təmirini asanlaşdırmaq məqsədilə modul komponentlərin istehsalını təşkil etməyi təklif edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib. 

 

İnformasiya texnologiyalarının nəhənginin mütəxəssisləri təklif etdikləri texnologiyanı innovativ adlandırıblar. Onların fikrincə, modul hissələrdən ibarət fərdi kompüterin yığılması, köhnəlmiş və ya xarab olan hissələrin dəyişdirilməsi daha asan olacaq. 

 

“Intel”in təşəbbüsü həmçinin elektron tullantıların azaldılması məqsədi daşıyır. Mütəxəssislərin fikrincə, yeni növ kompüterlər xarab olduqda istifadəçilər həmin kompeterləri atmaq məcburiyyətində qalmayacaqlar. Yalnız xarab olan komponentləri asanlıqla dəyişməklə cihazdan istifadəni davam etdirə biləcəklər. 

 

Modul tipli fərdi kompüterlər həm də komponentlərin – prosessorların, videokartların, RAM modullarının və s.-nin işlənməsini sadələşdirməyə kömək edəcək. 

 

Vasif
 

Chosen
19
50
sfera.az

10Sources