Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan Din Araşdırmaları Jurnalının növbəti buraxılışı elektron formatda dərc edilib.
Jurnala məqalə qəbulu rəsmi internet saytı vasitəsilə ( https://journal.ait.edu.az/daj ) elektron şəkildə aparılıb. Fəlsəfə, kəlam, tarix, din təhsili və digər bölmələrdə yer alan elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib.
Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində hazırlanmış müstəqil tədqiqatları məqalə və resenziya kimi dərc etmək, beynəlxalq aləmdə bu istiqamətdə məlumatların, araşdırmaların artmasına töhfə verməkdir.
Din AraÅŸdırmaları Jurnalının redaksiya heyÉ™tinin üzvlÉ™ri AzÉ™rbaycanla yanaşı, TürkiyÉ™, Rusiya, Pakistan, Qazaxıstan, Ä°ndoneziya vÉ™ Malayziya kimi ölkÉ™lÉ™rdÉ™ fÉ™aliyyÉ™t göstÉ™rÉ™n nüfuzlu alimlÉ™rdÉ™n ibarÉ™tdir.Â
Qeyd edək ki, elmi nəşrə göndərilən və qəbul edilən məqalələr üçün heç bir ödəniş tələb olunmur. Jurnalda dərc olunan hər məqalə üçün DOI (Digital Object Identifier) təsisçi tərəfindən təmin edilir.
Müəllif məqaləsini göndərmək üçün Din Araşdırmaları Jurnalının saytında qeydiyyatdan keçib (https://journal.ait.edu.az/daj/user/register), şəxsi kabinet yaratmalıdır. Məqalələr yalnız sayt üzərindən qəbul edilir.
AzÉ™rbaycan Ä°lahiyyat Ä°nstitutunun tÉ™sisçisi olduÄŸu Din AraÅŸdırmaları Jurnalı Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduÄŸu tÉ™lÉ™blÉ™rÉ™ vÉ™ beynÉ™lxalq standartlara uyÄŸun ÅŸÉ™kildÉ™ ildÉ™ iki dÉ™fÉ™ nəşr olunur vÉ™ elektron formatda yayımlanır.Â
MÉ™lumat üçün bildirÉ™k ki, jurnal 2020-ci ildÉ™n AAK tÉ™rÉ™findÉ™n fÉ™lsÉ™fÉ™ vÉ™ psixologiya üzrÉ™ elmi mÉ™qalÉ™lÉ™rin dÉ™rc olunması tövsiyÉ™ edilÉ™n dövri elmi nəşrlÉ™rin siyahısına daxil edilib.Â