Ermənistan üçüncü dövlətlərin iştirakı olmadan ölkə sərhədinə müstəqil şəkildə nəzarət etməlidir.
Bi barədə "İnterfaks”a Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib .
"Bilirsiniz ki, bu Ermənistanın sərhədlərinə nəzarət həmişə üçüncü ölkə tərəfindən həyata keçirilib. Nəhayət, biz öz sərhədimizə nəzarət etməyi bacaraccağıq”, - Ermənistan XİN rəhbərinin müavini vurğulayıb.
ABŞ-ın sərhəd təhlükəsizliyi üzrə xüsusi qrupunun ölkədə fəaliyyətə başlamasından sonra Ovannisyan Rusiya Sərhəd Xidmətinin ölkədən çıxarılmasına icazə verib.
Onun sözlərinə görə, Vaşinqtonun hərəkətləri İrəvanın sərhəd nəzarətini təmin etmək imkanlarını inkişaf etdirməyə yönəlib.
Aytac
www.anews.az