EN

Vissanın üzünə kimyəvi turşu atan qadının mühakiməsi davam edir

Fransada 2021-ci ilin iyul ayında o vaxt “Loryan”ın konqolu hücumçusu Yoan Vissanın (Vissa) üzünə turşu atmış qadının mühakiməsi davam edir.

Arena.az bu barədə “Ouest-France” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, qadın adam öldürməyə cəhd, 15 yaşından kiçik uşağı qaçırma, silahla zorakılıq və evə basqın kimi maddələr üzrə ittiham edilir. Təqsirləndirilən şəxsi 30 ilə qədər həbs gözləyir. Vurğulanır ki, qadın hadisəni ona cinayət törətməyə çağıran “başındakı səslər”də görür. Məhkəmədə qadın bütün zərərçəkmişlərdən üzr istəyib.

Xatırladaq ki, 32 yaşlı ruhi xəstə qadın Vissanın evinə girərək, futbolçunun üzünə kimyəvi turşu atmışdı. Bundan əvvəl qadın futbolçunun yeni doğulmuş qızını qaçırmağa cəhd edib. Təcavüzkar cinayət yerindən qaça bilmiş, yalnız bir gün sonra saxlanılmışdı. Bu müddət ərzində qadın daha iki nəfərə hücum edərək, onlara da eyni kimyəvi turşu ilə hücum çəkib.

Hücumdan sonra Vissa uğurla cərrahi əməliyyat edilib. Bu hadisə Vissanın peşəkar futbolçu karyerasına zərər vurmayıb.

Konqo Demokratik Respublikası yığmasının 28 yaşlı hücumçusu Yoan Vissa hazırda “Brentford”un uğurları üçün çalışır.

Chosen
20
arena.az

1Sources