EN

Elm və təhsil nazirinin müavini Pakistanda səfərdədir

Bakı. Trend:

Elm və təhsil nazirinin müavini Həsən Həsənli 23-24 yanvar2025-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabadşəhərində səfərdədir.

Elm və təhsil nazirliyindən Trend-ə verilən məlumata görə səfərçərçivəsində H. Həsənli Azərbaycan Respublikası Hökuməti iləPakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-PakistanBirgə Komissiyasının 8-ci iclasında iştirak edib.

İclasda çıxış edən Həsən Həsənli iki ölkə arasında elm və təhsilsahəsi üzrə əməkdaşlığın cari vəziyyəti, Azərbaycanda təhsil alan1300-dən çox pakistanlı tələbə, əcnəbi tələbələr üçün təhsil almaimkanları, o cümlədən elmi və ali təhsil müəssisələri arasındaəməkdaşlığın inkişaf etdirilməsi kimi bir sıra mühüm məsələlərətoxunub.

Qeyd edək ki, sözügedən iclas zamanı siyasi, sosial, iqtisadi vədigər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb,iclasın yekununa dair protokolda iki ölkə arasında elm və təhsilsahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər özəksini tapıb.

Həmçinin səfər çərçivəsində Pakistan İslam Respublikasınınprezidenti Asif Əli Zərdari və Baş naziri Mian Məhəmməd ŞahbazŞərif Azərbaycan nümayəndə heyətini qəbul edib.

Chosen
27
5
az.trend.az

10Sources