Almaniyanın xarici işlər naziri Annalena Berbok ölkə kansleri Olaf Şoltsu tənqid edib.
Parol.az xəbər verir ki, buna səbəb Şoltsun Kiyevə 3 milyard avro yardım ayırmaqdan imtina eməsi olub.
A.Berbok açıqlamasında qeyd edib:
"Almaniyadakı bəzi siyasətçilər üçün “ümumi seçkilərdə bir neçə səsi necə tez qazanmaq olar” məsələsi Avropada sülhü təmin etmək məsuliyyətindən daha vacibdir".