EN

Almaniyalı deputat: “ABŞ qoşunları və nüvə silahları ölkəmizdən çıxarılmalıdır” – ÖZƏL

Bundestaq deputatı, "Sarı Vagenkneçt İttifaqı - Ağıl və Ədalət Uğrunda" Partiyasının üzvü Sevim Dağdelen Almaniyadan ABŞ qoşunlarının və nüvə silahlarının çıxarılmasının vacibliyini vurğulayıb. 

Olaylar.az xəbər verir ki, deputat bu fikirlərini "X" sosial şəbəkəsində paylaşdığı bəyanatda səsləndirib.

Deputatın sözlərinə görə, Avropa dərk etməlidir ki, onun maraqları ABŞ-nin maraqlarından fərqlidir.

"Almaniya üçün ABŞ qoşunlarını və nüvə silahlarını ölkədən çıxarmağın vaxtı çatıb. Dağıdıcı vassal itaəti sona çatdırılmalıdır," - deyə Sevim Dağdelen qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
3
olaylar.az

4Sources