Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov məlumat yayıb.
O bildirib ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər qəsəbəsi ərazisindən keçən hissəsində 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
"Magistral yolda "VAZ-21021 və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Başvermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.