İran prezidenti Məsud Pezeşkian müsahibəsində İsrailin son vaxtlar tez-tez gündəmə gətirdiyi nüvə silahı məsələsinə toxunub.
Turkustan.az xəbər verir ki, İranın heç vaxt nüvə silahı əldə etməyə cəhd etməyəcəyini bəyan edən Pezeşkian deyib:“Sionist rejim və onun müttəfiqləri dünyanı İranın nüvə silahı əldə etmək ardınca getdiyinə və bununla da iranofobiya yaydığına inandırmağa çalışırlar”.
İranın ali dini lideri Əli Xamneyinin fikirlərinin nüvə silahı ilə bir araya sığmadığını vurğulayan Pezeşkian, "Biz müharibə və qan tökülməsini istəmirik. Bununla belə, düşmənlərimiz insanları regionda iğtişaşların mənbəyi olduğumuza inandırmağa çalışır"-deyə, vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az