EN

Gəncədə oma sümüyü çıxan uşağa 4 saat yardım göstərilmədi, ailəsi nazirliyə zəng etdi – İDDİA

Gəncə şəhərindəki “DNK İstanbul Hospital” ötən gün oma sümüyündə çıxıq və çat olan Süleymanov Rəhimə heç bir tibbi müdaxilə etməyib.

Viral.az xəbər verir ki, gencexeber.az-a bu barədə şikayət ünvanlayan xəstə yaxını Rüstəm Süleymanov iddia edir ki, 4 saat ərzində çətin vəziyyətdə olan uşağa yardım göstərilməyib.

“Uşağ evdə pilləkəndən yıxılıb və oma sümüyündə çıxıq və çat əmələ gəlib, eyni zamanda sidik kisəsi zərər görüb. İlkin olaraq Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına müraciət etdik, lakin bizi “DNK İstanbul Hospital”ına yönləndirdilər. Ancaq günorta saat 2-dən axşam 6-ya dək vəziyyəti ağır olan uşaq xəstəxanın dəhlizində xərəkdə qaldı. Tibb bacısından həkimlərə kimi heç kəs uşağın vəziyyəti ilə maraqlanmadı.

Son Yazılar:

Daha sonra yaxınlaşıb, “baş həkim iclasdadır, ancaq deyir ki, uşağın xəsarəti bizim sahəyə uyğun deyil, ödəniş etsinlər, başqa xəstəxanaya çatdıraq”, – deyə bildirdilər.

Ödənişə razı olsaq da, bu dəfə də uşağı aparmaq üçün təcili tibbi yardım  avtomobili verilmədi. Xəstəxanada yalnız bir ambulansın olduğunu və həmin maşının orada olmadığını bildirildilər. Sonda, çətin vəziyyətdə olan uşağı maşınla Gəncə şəhər 2 nömrəli şəhər polinklinkasına çatdırdıq.

Buranın da uşağı qəbul etməməsi səbəbindən, səhiyyə nazirliyinə müraciət etdik. Nazirliklə əlaqə qurulduqdan sonra uşağa tibbi yardım göstərildi.

Xəstəxanalardakı bu özbaşınalıq halına görə müəyyən şəxslərin işdən çıxarılmasını tələb edirik”,- deyə xəstə yaxını bildirib.

Qeyd edək ki, hazırda Gəncə şəhər 2 nömrəli şəhər polinklinkasında müalicə alan Rəhim Süleymanovun vəziyyəti stabil-ortadır.

İddianın araşdırılması üçün TƏBİB-ə sorğu ünvanlanıb.

Chosen
11
viral.az

1Sources