EN

“Trampın bu addımı kasıb ölkələr üçün ağır olacaq, qiymətlər daha da artacaq” - Gözlənilməz QƏRAR

“ABŞ prezidenti Donald Tramp Xarici Gəlirlər üzrə Dövlət Xidməti yaradır. Bura tətbiq etdiyi edəcəyi tarif, gömrük rüsumlarından gələn gəlirlər yığılacaq. Milyardlarla dollar gəlirlərin yığılacağını qeyd edilir ki, bu amil də hər kəsi narahat edir. Açıq qeyd edir ki, ABŞ-də satmaq istədiyini ya ABŞ-də istehsal et, ya da yüksək tarif ödə. Digər ölkələrin də ABŞ-yə tarif tətbiqlərinin nəticələri qlobal iqtisadiyyat üçün ağır olacaq və qiymətlər artmaqda davam edəcək”.
 
Bu barədə Musavat.com-a iqtisadçı Elman Sadıqov deyib: “Məhsullarını satmaq istəyənlər digər ölkələrə idxal təzyiqi formalaşdıracaq və nəticədə valyuta ehtiyatları az olan kasıb və kiçik ölkələr hətta zəruri məhsulların idxalında da çətinliklərlə üzləşə bilərlər. Yerli istehsalı artırmaq və qorumaq üçün dünya ölkələri proteksionist siyasətləri bu və ya digər şəkildə tətbiq etməyə məcbur olacaqlar. Burada idxalın maliyyələşdirilməsinin getdikcə artması riskini yumşaltmağın ən uyğun çıxış yolu yerli istehsalların artırılması, əhalinin yerli məhsulların istehlakını dəstəkləməsidir. Bir amili nəzərə alaq. Yerli istehlakın dəstəklənməsi iş adamlarında yerli istehsala investisiya qoymağa inamı artırır, məşğulluq imkanları genişlənir, daha çox məşğulluq isə daha çox yerli məhsul istehlakını dəstəkləməyə imkan verir və nəticədə yerli istehsal daha da genişlənir”.
 
 
İqtisadçı əlavə edib ki, hazırda dünyanın faktiki olaraq əksər ölkələri idxal inflyasiyasının təzyiqlərini hiss edir: “Bu təzyiq getdikcə artacaq. Əgər düşüncə tərzlərimizi dəyişməsək, bu gün 10 manata aldığımız və baha hesab etdiyimiz idxal məhsulunu 1-2 il sonra 20 manata almağa məcbur olacağıq. Çünki məhsulun qiyməti digər ölkələrdə qalxır, onu gətirən iş adamı isə baha aldığı məhsulu əlbəttə aldığı qiymətdən ucuz satıb özünü iflas etdirməz. Hazırda bir çox ölkələr və ciddi iqtisadçılar tarif siyasətinin ölkələr üçün hansı ciddi idxal təzyiqləri və idxalın maliyyələşməsinin artma risklərini formalaşdıracağından narahatdırlar. Burada ortaya çıxacaq müsbət nəticə isə yerli istehsalın genişlənməsi imkanlarıdır. Bu məsələdə isə həm iş adamları, həm də cəmiyyətin nə dərəcədə hazırlıqlı olacağı önəmli rol oynayacaq. İdxalın rentabelliliyinin aşağı düşməsini görən idxalçı şirkətlərin də yerli istehsala keçəcəyi və ya mövcud istehsalı genişləndirəcəkləri ehtimalı yüksəkdir. Yerli məhsulların keyfiyyəti aşağıdırsa yaradıcı tənqid edə bilərik, o aşağı keyfiyyətin artmasında rol oynayacaq, amma yerli istehsalımıza istehza etməyək, yuxarıdan aşağı baxmayaq, əks reklamını aparmayaq. Bu ən yumşaq halda cəhalət olar”.
 
Chosen
5
50
moderator.az

10Sources