EN

Safrastyan: ABŞ-ın sülh istəyinin əsas səbəbi bəlli oldu - "Zəngəzur dəhlizi"

ABŞ çalışır ki, Azərbaycanla sülh müqaviləsi imzalayarkən Ermənistan özünü uduzan tərəf kimi hiss etməsin. Ölkə.Az xəbər verir ki, bunu ekspert  Ruben Safrastyan deyib.
“Düşünürəm ki, bu çox vacib bir vəziyyətdir. ABŞ-ın bu mövqeyinin hansı nəticə verəcəyini deyə bilmərəm, amma hər halda biz bunu qeyd etməliyik. Bölgəmizdə bir neçə mühüm proseslər gedir, o cümlədən Qərblə Rusiya arasında region uğrunda mübarizə. Eyni zamanda Türkiyə, İran və Rusiya regiona ortaq yanaşmalar formalaşdırmağa çalışırlar. Cənubi Qafqaz geostrateji inkişafının yeni mərhələsinə qədəm qoyub”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ “Orta Dəhliz” təşəbbüsündə İran və Rusiyadan yan keçməklə  Cənubi Qafqazdan, Ermənistandan (yəni "Zəngəzur dəhlizi"ndən) keçməsində maraqlıdır.
“Düşünürəm ki, amerikalıları layiqli sülhlə bağlı ritorikadan istifadə etməyə məcbur edən budur”, - ekspert hesab edir.
 Mürtəza
Ölkə.Az

Chosen
10
2
olke.az

2Sources