EN

ABŞ xarici yardım proqramlarına fasilə verdi

ABŞ dövlət katibi Mark Rubio ABŞ-nin bütün diplomatik və konsulluq nümayəndəliklərinə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamentinin maliyyələşdirdiyi yeni proqramlara maliyyə ayrılmasını dayandırmağı tapşırıb.

 

Bu barədə “CBC NEWS” məlumat yayıb.

 

Bildirilib ki, bu addım ABŞ Prezidenti Trampın imzaladığı sərəncama uyğun olaraq, ABŞ-nin xarici yardımını yenidən qiymətləndirmək məqsədini daşıyır.

 

Rubionun tapşırığına görə, bütün xarici yardımın hökumət səviyyəsində geniş qiymətləndirilməsi üçün 85 günlük bir müddət qoyulub və bu qiymətləndirməyə əsasən, Dövlət Katibinin Prezidentə təqdim edilməsi üçün bir hesabat hazırlanacaq.

 

Qeyd edilib ki, yalnız İsrail və Misirin hərbi maliyyələşməsi ilə fövqəladə qida yardımı istisna olunacaq.

Tarix: 25 Yanvar 2025, 14:33   
Chosen
12
pravda.az

1Sources