EN

Pul olmayacaq: Amorimi aldadıblar?

İngiltərə mətbuatının yazdığına görə, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim transfer bazarında aktiv ola bilməyən klubun hazırkı maliyyə vəziyyətindən məyus olub.

Publika.az xəbər verir ki, iddialara görə, Amorimə təyin olunmazdan əvvəl maliyyə ilə bağlı bütün həqiqətlər deyilməyib. Ancaq klub fərqli fikirdədir: onlar məşqçiyə hər şeyi ətraflı izah ediblər və transferlər üçün 200 milyon funt-sterlinq verilməyəcəyini açıqlayıblar.

“Mançester Yunayted”in artıq başa çatmış transferlərdən böyük borcları var, ona görə də yanvarda yeni gələnlər olmayacaq.

Chosen
25
publika.az

1Sources