EN

Premyer Liqada 3 müdafiəçi “ofsayd”da qaldı - SON DURUM

Premyer Liqanın 20-ci turu bir neçə futbolçu üçün tamaşa meydanı olacaq.

Üç komandadan üç futbolçu cəzalı durumdadır.

“Zirə”dən Məqsəd İsayev dünən Şamaxı səfərinə çıxmayıbsa, “Sumqayıt”dan Murad Xaçayev bu gün, “Turan Tovuz”dan Araş Qadiri sabah əyninə forma geyinməyəcək.

Sözügedən futbolçular 19-cu turda sarı vərəqə limitini doldurduqları üçün bu həftə meydana çıxmaqdan məhrum olublar.

Bu gün “Səbail” – “Kəpəz”, “Sabah” – “Sumqayıt”, yanvarın 26-da “Araz-Naxçıvan” – “Neftçi”, “Qarabağ” – “Turan Tovuz” oyunları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
7
26
sportinfo.az

8Sources