EN

"Azərbaycanca"nın zaman üzərindən tanınması son 100 ilin məsələsidir

"Azərbaycanca"nın zaman üzərindən tanınması son 100 ilin məsələsidir, 1937-dən sonra daha dəqiqləşdirmə edə bilərik.

1937-dən əvvəl qısa bir dönəm "türk dili" olaraq yazılıb, əvvəli isə mübahisəlidir.

"Dil" və "dillər" məsələsi Qərbin "xalq" və "xalqlar"ın "millətləşmə" məsələsi ilə ortaya çıxan anlayışdır. Bizim coğrafiyada "millətləşmə" məsələsi "məzhəbləşmə" üzərindən "Yazı"nın ortaya çıxardığı məsələdir. "Məzhəbləşmə" dönəmində "yazı"dakı qrammatikanın adı "lisan"dır, dil deyildir.

"Lisani türkü" "zəbane farsi" və "lisani ərəbi" kimi tam olaraq yazılaşdırmada iştirak etmir və "zəbane farsi" ilə "lisani ərəbi"nin yeri müəyyən edildiyi üçün "oxuyub yazan"ların biri biri ilə ünsiyyət və anlaşma dərdi yoxdur.

"Lisani türkü" ilk dəfə Səfəvi sarayında mərkəzə yerləşir və "türkü" "lisani və zəbani" şəkillənməsində özünün yerini almağa başlayır.

"Dil" olaraq bu gün tanıdığımız "Lüğətdəki sözlərin arxasında dayanan yer" boşluğa müqavimət vasitəsi olaraq öz yerini fərqli bir yaşam tərzinə keçişlə doldurmağa tabe olur.

"Türkü" nə "lisana", nə də "zəbana" deyil, fərqli bir yerə tabe olaraq öz cümləsini qurmağa keçid edə bildimi?

Bu keçid "zaman"ı "Türkü" qarşısında yeni bir yazı ilə üz üzədir,

Bu yazı "rusca"dır.

"Rusca" özü də ciddi ziddiyyətlər üzərində qurulan "yazık" olaraq aldığı sözləri, istifadə etdiyi kəlmələri "ordan burdan" prinsipisi ilə yaratdığı üçün istifadə edildiyi məkanda yalnız yaşamaq üçün gərəkən ifadələrin birliyindən ibarətdir. Bu yaşama tərzi isə "təhkimli" üzərində formalaşmış "mujik"ə aid olan "yazık"dır, indiki düşncəmizdəki "dil"dir.

Qərbin "lingvo" və "natsio" biryerdəliyi orda yaşanan təcrübənin digər kimliklərlə qarşılaşması Təqlid üzərində düşünüldüyü üçün tək çarə "bənzədilmə ilə eyniyyət", "idenfikasiya" əsasında təşkilə yol açdığı ziddiyyətlərin başlanğıcı oldu.

"Lingvo" ruscanın "yazık" deyə eyniləşdirdiyi qavranılanı idisə bizim üçün isə ərəbcə "lisan"la, farscanın "zəbani"si arasında seçim tamamlanmadan "Dil" ortaya gəldi.

Və ilk dəfə Mirzə Kazıbəyin "tatar türk dilinin yazısı üçün qarammatika" yazıldı.

Mirzə Fətəli bu qarammatika ilə yazan ilk Yazının müəllifidir.

Sonrası fərqli Mirzələrin bu boşluğu doldurma cəhdləri ilə "azərbaycancalaş"dı.

Sovet Azərbaycanında yazılan "Dil" bu mirasa dayanır,

"Yeri ilə zamanı" birlikdə deyildir, bir yerdə dondurulub, saxlanılır.

"Tatar türk qarammatika"sı "yazık" üzərindən "identifikasiya"- eyniləşdirmə əsasında qurulduğu üçün məhdud çərçivələr içində heykəlləşdiyi üçün "cansız"dır və qurudur.

Dil özünə sərhədlər, həddlər müəyyən edə bilmədiyi üçün boşluğlarını "yerinə" qoya bilmir və "yersiz" boş sözlərin istifadəçisi kimi "öz"ü ilə "mən"liyini Kimliyə çevirə bilmir.

"Kimsən sən" sualının həll edilə bilinmədiyi "Yer"də "zaman" fəaliyyətdə deyildir,

Bu qədər.

Bir

İdris Heydərli

visiontv.az

 

 



Chosen
6
50
visiontv.az

10Sources