EN

Emil autsayderə icarəyə verildi, yeni baş məşqçisi danışdı: "ümidim böyükdü"

Ukrayna "Polesye"si Emil Mustafayevi icarəyə verib.

"Football-plus.az" ın məlumatına görə, həmyerlimiz bu mövsümün sonuna qədər "Çernomorets"in şərəfini qoruyacaq. Odessa təmsilçisi yarımmüdafiəçinin transfer xəbərini ictimaiyyətə açıqlayıb. Komandanın baş məşqçisi Aleksandr Babiç Emilin keçidini belə şərh edib:

"Onun haqda fikirlərim müsbətdi. Mustafayevin komandamızda uğurlu olacağına inanıram. Türkiyədə keçirilən təlim-məşq toplanışında çox vaxt keçirməlidi. Oyunçularımın fərdi çatışmazlıqları olmamalıdı. Emilə ümidim böyükdü".

Bu arada Emil artıq qardaş ölkədə təlim-məşq toplanışı keçən komandanın düşərgəsinə qoşulub.

"Çernomorets" 12 xalla 16 komanda arasında 15-ci sıradadı.

Xatırladaq ki, futbolçunun "Polesse" ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq.

KƏNAN BAHADIR
Chosen
27
6
football-plus.az

10Sources