EN

Paşinyan kilsəni yenidən hədəfə aldı: Katolikos kimdir?

“Dövlət kilsənin işinə qarışmamalıdır, kilsə də dövlətin işinə qarışmamalıdır”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan İsveçrə erməni icması ilə görüşündə belə deyib.

“2018-ci ildə çoxları məndən tələb etdi, dedilər ki, Erməni Apostol Kilsəsinin yeni katolikosu olmalıdır. Mən açıq demişəm: hökumətin işi nədir, katolikos kimdir? Katolikos təkcə Ermənistanın deyil, bütün ermənilərin katolikosudur”, - deyən Paşinyan o vaxt da həmin qiyamları onların təşkil etdiyinə dair ittihamların olduğunu vurğulayıb.

“Əgər biz bunu təşkil etsəydik, 2018-ci ildə çox tez nəticə əldə edərdik. Amma bu, gündəmimizdə olan məsələ deyildi”.

Baş nazir qeyd edib ki, onun fikrincə, kilsə şəffaf olmalıdır.

“Hamı bizdən şəffaflıq tələb edir. Razıyıq, hətta bizə bir dəfə salam verənlər də şəffaf olmalıdır. Kilsə niyə şəffaf olmasın? Bizdə Ermənistanda qanun var, deyirik ki, nəyisə satırsan, mütləq kassa qəbzini ver. Şam satırsansa, niyə qəbz vermirsən? Deyirlər ki, siz kilsədən vergi almaq istəyirsiniz.

Biz deyirik ki, vergi qanunvericiliyi işləsin, amma kilsənin fəaliyyəti nəticəsində bütün vergiləri kilsəyə qaytarmağı öhdəmizə götürürük. Kilsənin normal fəaliyyəti üçün əlavə maliyyə lazımdır. Biz nəyi səhv deyirik?”

 

Chosen
9
10
cebheinfo.az

10Sources