EN

ABŞ-də pasportlardan bu yazı silinəcək - Yeni qayda

ABŞ-ın dövlət katibi Marko Rubio ölkə pasportlarında cinsiyyətlə bağlı yeni qaydaların tətbiq olunacağını açıqlayıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bundan sonra ABŞ pasportlarında yalnız iki seçim olacaq: "kişi" və "qadın". Homoseksuallar və transseksuallar üçün əlavə olaraq təqdim edilən "X" seçimi isə ləğv ediləcək.

Rubio müvafiq təlimatında "ABŞ-ın rəsmi siyasəti cinsiyyətin dəyişməz olmasıdır" deyə bildirərək, bu qərarın ölkənin cinsiyyətlə bağlı mövqeyini sərtləşdirdiyini vurğulayıb. Bu dəyişiklik, keçmiş prezident Donald Trampın imzaladığı fərmanla bağlı olaraq tətbiq olunub. Tramp, and içdikdən sonra yalnız iki cinsin - kişi və qadın - rəsmi olaraq tanınacağına dair qərar vermişdi.

Yeni qaydanın tətbiqi ilə bağlı rəsmi açıqlamalarda, ABŞ-ın cinsiyyət məsələlərində daha sərt və dəyişməz bir mövqe tutduğu bildirilib. Həmçinin, bu qərar cinsiyyət kimliyini fərqli şəkildə ifadə edən şəxslər üçün ciddi təsirə səbəb ola bilər.

Fidan
Milli.Az

Chosen
10
50
milli.az

10Sources