Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bağdada rəsmi səfər edəcək.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, səfər çərçivəsində o, İraq Prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Sudani, Nümayəndələr Məclisinin sədri Mahmud Məşhədani və xarici işlər maziri Fuad Hüseynlə görüşəcək.
Görüşlərdə Türkiyə-İraq ikitərəfli əlaqələri, regional məsələlər, təhlükəsizlik və terrorla mübarizə mövzuları müzakirə olunacaq.
Fidanın PKK-nın qadağan olunmuş təşkilat elan edilməsindən məmnuniyyətini ifadə edəcəyi və bu təşkilatın İraqdan tamamilə təmizlənməsi gözləntisini vurğulayacağı bildirilir.
Görüşlərdə türkmanların hüquq və təhlükəsizliyi ilə bağlı məsələlərin də qaldırılacağı da gözlənilir.