EN

Faciəvi şəkildə ölən tələb barədə təsirli FAKT: həmin gün bilet alıbmış

Türkiyədə Sivasda tələbə yataqxanasının vanna otağında cansız bədəni tapılan Eren Öztürkün ölümünə dair ürək dağlayan təfərrüatlar ortaya çıxıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Öztürkün xəstə olduğu üçün həmin gün yataqxananı tərk etmədiyi və öldüyü gün İstanbulda yaşayan ailəsinin yanına getmək üçün bilet aldığı məlum olub.

Sivas Cumhuriyyət Universitetinin İzzəttin Keykavus KYK Kişi Tələbə yataqxanasının hamam otağında ək dağlayan bir hadisə baş verib. Universitetin Statistika və Kompüter Elmləri fakültəsinin 4-cü kurs tələbəsi Eren Öztürkün meyiti tapılıb.

Aparılan araşdırma nəticəsində gənc tələbənin baş travması nəticəsində öldüyü məlum olub. Öztürkün tapıldığı zaman başının qanadığı müəyyən edilib. Onun vanna otağına girən zaman ayağının sürüşərək yıxılıb başının daş dəydiyi ehtimal olunur.

Tələbə axşam saatlarında yeməyini yeyib otağına çəkilib, gecə yarısı isə bir dəfə otağından çıxaraq zibil atmaq üçün getdiyi bildirilir. Alınan məlumata görə, Öztürk universitetdə təhsil fasiləsi zamanı ağır qrip keçirdiyi üçün yataqxananı tərk etməyib və bir neçə gün dincəlmək istəyib.

ÖLDÜYÜ GÜN AİLƏSİNİN YANINA DÖNMƏK ÜÇÜN BİLET ALMIŞDI

Öldüyü gün İstanbulda yaşayan ailəsinin yanına getmək üçün bilet aldığı müəyyən olunub. Öztürkün kədərli ailəsi cənazəni təhvil almaq üçün İstanbuldan Sivasa gəlib. Cumhuriyyət Universitetinin rektoru Prof. Dr. Ahmet Şəngönül cənazəni təhvil almaq üçün meyitxana önündə gözləyən ailəni ziyarət edərək başsağlığı verib. Şəngönül çox kədərləndiklərini bildirərək, Öztürkün ruhuna Allahdan rəhmət, ailəsinə və universitet kollktivinə başsağlığı diləyib.

Hüseyn 
Milli.Az

Chosen
25
milli.az

1Sources