EN

Beyni inkişaf etdirən 4 qida: Canan Karatay açıqladı

Türkiyəli daxili xəstəliklər üzrə mütəxəssis, pofessor Canan Karatay beyin sağlamlığı üçün əhəmiyyətli olan 4 qida maddəsini sadalayıb.

Ölkə.Az "Haber 7"yə istinadla xəbər verir ki, professor yaddaşı gücləndirən qidaları aşağıdakı kimi sıralayıb:

Yumurta: Mütəxəssis deyir ki, yumurta çoxlu vitamin və mineral ehtiva edir, əzələ və sümüklərin inkişafı və ürək sağlamlığı üçün faydalıdır. O həmçinin bildirib ki, bu qida yaddaş, göz və beyin sağlamlığı üçün əhəmiyyətli olmaqla yanaşı, piylənmə riskini də azaldır.

Yumurtanın digər faydaları: 

Tərkibindəki amin turşuları ilə orqanizmi qidalandırır.
Müəyyən miqdarda yumurta istehlakı immunitet sistemini gücləndirir.
Göz sağlamlığı qorunur.
Yaddaşı gücləndirir.
Bədəndə dəmir səviyyəsini artırır.
Bədənin protein ehtiyacını ödəyir.

Yod: Qalxanabənzər vəzinin sağlam işləməsini təmin edir. Beləliklə qalxanabənzər vəzindən ayrılan hormonların lazım olduğu kimi işləməsini təmin edir.
Körpələrdə və uşaqlarda sağlam zehni inkişaf üçün böyük əhəmiyyət kəsb edir.
Tiroid, prostat və döş xərçəngi riskini azaldır.
Zehni mexanizmlərin işləməsinə kömək edir.
Depressiya və narahatlıq pozğunluqlarının, saç tökülməsinin və saçların solğunluğunun qarşısını alır.

Balıq yağı: Araşdırmalar sübut edib ki,  balıq yağı HDL xolesterini (yaxşı xolesterin) artırır və trigliseridləri 15-30% azaldır.
Damar tıxanıqlığının yaranmasının qarşısını almaqda təsirlidir.
Yüksək qan təzyiqi olan insanlarda hətta aşağı dozalar qan təzyiqini aşağı salmağa kömək edə bilər.
Balıq yağı, romatoid artrit kimi iltihablı şəraitdə oynaq ağrılarını və sərtliyini azalda bilər.
Qaraciyər funksiyalarını yaxşılaşdırmağa kömək edərək, çəki artımına səbəb olan qaraciyər yağlanmasına qarşısını alır.
Balıq yağı uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik kimi problemlərin qarşısını almağa kömək edə bilər.
Sübut olunub ki, hamiləlik dövründə balıq və balıq yağı qəbulu uşaqlarda astma riskini azaldır.

D vitamini: D vitamini hüceyrə bölünməsində rol oynayır. Kalsium və fosforun udulmasına və istifadəsinə kömək edir. İmmunitet sisteminə müsbət təsir göstərir. Kalsiumla birlikdə uşaqlarda sümüklərin normal böyüməsi və inkişafı üçün lazımdır. Bundan əlavə, menopozdan sonra sümük minerallarının itkisini azaldır.
Dişlərin qorunmasına, əzələ funksiyasının saxlanmasına kömək edir, kalsium səviyyəsinə, İmmunitetinnormal fəaliyyətinə kömək edir.
 

Chosen
6
46
olke.az

10Sources