EN

Xəzər dənizində zəlzələ qeydə alınıb

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, saat 17:22-də qeydə alınan zəlzələnin maqnitudası 3.1-ə bərabər olub.

Yeraltı təkanların ocağı 66 kilometr dərinlikdə yerləşib.

Chosen
351
48
azertag.az

10Sources