Əfqanıstanda tələbələrin Rusiyada təhsil alması qadağan edilib
Əfqanıstan Təhsil Nazirliyi 500 tələbənin Rusiyada təhsil almasına qadağa qoyub.
Demokrat.az xəbər verir ki, bu barədə Əfqanıstanın “Həşt-e Sobx” qəzeti məlumat yayıb.
Buna səbəb olaraq bildirilib ki, onlar Rusiyaya müsəlman kimi gedirlər və evlərinə kommunist kimi qayıdırlar.
Nəşrin məlumatına görə, Təhsil Nazirliyi başqa ölkənin ərazisində qalmağın onların inanclarını təhrif edə biləcəyi ilə izah edərək, tələbələrin Rusiyaya getməsinə qadağa qoyub.
Rusiya Federasiyasında təhsil almaq üçün təqaüd alan tələbələr 2023-cü ildə yenidən təhsil almaq üçün bütün lazımi prosedurları yerinə yetirdiklərini və daha sonra imtahanları uğurla verdiklərini bildiriblər. Onlar əlavə ediblər ki, yoxsulluğa və işsizliyə baxmayaraq, onların hər biri 100-150 ABŞ dolları arasında pul ödəyib, lazımi sənədləri doldurub, tibbi müayinədən keçiblər.
Əfsanə Kamal
Demokrat.az