Bakı. Trend:
Seul Mərkəzi Rayon Məhkəməsi, prokurorluğun Prezident Yun SokYolun həbs müddətinin uzadılması barədə müraciətini ikinci dəfəgeri qaytarıb.
Trend-inməlumatına görə, məhkəmə, ölkədə qısamüddətli hərbi vəziyyətintətbiqindən sonra qiyam təşkili şübhəsi ilə başlanılan istintaqçərçivəsində hazırda həbsdə olan Prezident Yun Sok Yolun saxlanmamüddətinin uzadılması üçün prokurorluğun vəsatətini qəbuletməyib.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bir neçə gün əvvəl istintaqıdavam etdirmək üçün prokurorluğa təhvil verib, çünki qurumunPrezidentə qarşı rəsmi ittiham irəli sürmək ixtiyarı yoxdur. Gümanolunur ki, prokurorluq Prezidentə qarşı rəsmi ittihamı yanvarın27-dək irəli sürəcək.
Qeyd edək ki, Prezident Yun Sok Yol, dekabrın 3-də elan etdiyihərbi vəziyyətlə əlaqədar başlanmış istintaq çərçivəsində yanvarın15-də saxlanılıb