Çərşənbə axşamı günü təxminən 1200 turist məşhur Parisin görməli yerindən – Eyfel Qülləsindən təxliyə edilib. Bunun səbəbi, abidənin ikinci mərtəbəsi ilə yuxarı hissəsi arasında yerləşən liftin şaftında texniki problem səbəbindən yanğın siqnalizasiyasının işə düşməsidir.“Ulusum”.az xəbər verir ki, Fransız mətbuatının SETE operator şirkətinə istinadən verdiyi məlumata görə, liftin enerji təchizatının naqilində qısa qapanma baş verib.Şirkət izah edib ki, liftin naqilinə qoşulmuş elektrik qutusunda baş verən alovlanma dərhal söndürülüb və alov yayılmayıb. Heç kim xəsarət almayıb.Yanğınsöndürənlər təhlükəsizliyi təmin etdikdən sonra Eyfel Qülləsinin bir hissəsi (ikinci mərtəbəyə qədər) ziyarətçilər üçün yenidən açılıb. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Hər gün bu turistik görməli yeri və dünyanın ən tanınmış qüllələrindən birini təxminən 15 000-25 000 nəfər ziyarət edir.Səidə
Diqqət Çəkənlər
Fransa gömrükçüləri "Viagra" tipli dərmanla qarışdırılmış rekord həcmdə bal müsadirə ediblər
HAMAS şənbə günü azad ediləcək daha dörd israilli girovun adını açıqlayıb
Maltanın prezidenti Roma Papasına "Tecar" adlı terapevtik cihaz hədiyyə edib