EN

Qar voleybolu üzrə Azərbaycan çempionatına start verilib

Bu gün qar voleybolu üzrə Azərbaycan çempionatına start verilib.

Apasport.az xəbər verir ki, yarış kişilər və qadınlar arasında təşkil olunub.

İlk dəfə keçirilən çempionatda 4 qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21), 4 kişi (“AAzərreyl”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası çempionluq uğrunda mübarizə aparır. “Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışın ilk günü 8 oyun baş tutub. 

Sabah çempionatda 3-cü turun qarşılaşmalar ardınca isə final və üçüncü yer uğrunda oyunlar keçiriləcək. Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.

Qeyd edək ki, çempionat dairəvi sistem üzrə keçirilir. Yekun nəticəyə əsasən ilk iki pillənin sahibləri çempionluq, 3-4-cü yerləri tutacaq komandalar isə üçüncülük uğrunda oynayacaq.

Azərbaycan çempionatı

25 yanvar

Qadınlar

“Azərreyl” - U-21 - 2:0 (15:7, 15:4)

“Murov Az Terminal” - “Gəncə” - 2:0 (16:14, 15:13)

“Azərreyl” - “Murov Az Terminal” - 2:0 (15:10, 15:9)

“Gəncə” - U-21 - 2:1 (13:15, 15:12, 15:7)

Kişilər

“Azərreyl” - “Gənclər” - 2:0 (15:3, 15:6)

“Murov Az Terminal” - U-21 - 2:1 (15:7, 12:15, 15:6)

“Azərreyl” - “Murov Az Terminal” - 2:1 (9:15, 15:10, 15:11)

U-21 - “Gənclər” - 2:0 (15:6, 15:6)

 

Kubalı voleybolçu "Azərreyl"də

"Neftçi”nin baş məşqçisi: "Son oyunlarımız istədiyimiz kimi alınmadı"

Yüksək Liqa: VII tura bu gün yekun vurulacaq

Yüksək Liqa: “Neftçi” məğlub oldu

Yüksək Liqa: "Xilasedici" "Neftçi" ilə görüşəcək

Chosen
3
9
apasport.az

10Sources