1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Superliqasının 21-ci turunda lider "Qalatasaray" "Konyaspor"u sınağa çəkib.
Oxu.Az xəbər verir ki, matç gözlənildiyi kimi ev sahiblərinin qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 20-ci dəqiqədə Osimhen penaltidən vurub - 1:0.
Qarşılaşmada "cim-bom"un qapısını qoruyan uruqvaylı qolkiper Fernando Muslera rekorda imza atıb. İstanbul klubu ilə 429-cu matçına çıxan qapıçı "Qalatasaray"da ən çox oyun keçirən futbolçu adını qazanıb.
Hazırda "aslanlar" 54 xalla yarış cədvəlinə başçılıq edirlər. Konya təmsilçisi isə 21 xalla 14-cü sırada qərarlaşıb.