''Football-plus.az'' xəbər verir ki, iki fərqli dönəmdə İstanbul nəhəngini çalışdırmış, 2010/11-də komandanı çempion etmiş Kocaman 3 ildən çoxdu, işsizdi. Onun son klubu 2021-də ''İstanbul BŞ'' olub. 59 yaşlı mütəxəssis gündəmdə duran mövzulardan, futboldan kənar qalmasından və başqa məsələlərdən danışıb:
''Volkan Dəmirəlin Şenol Günəşin əlini sıxmamaqla düzgün etdiyini düşünürəm. Bu məsələdə 100 faiz haqlıdı. Bir şəhər yerlə yeksan olub, yüz minlərlə insan ölüb, amma sən hələ də çıxıb orda ''bunlar məşq edə bilirlərmiş'' deyirsən. Bu, çox ayıb bir sözdü. ''Fənərbaxça'' çempion ola bilməsə, Mourinyo ilə yola davam etməlidimi? Çox çətin sualdı. Amma məncə, Mourinyo burda motivasiya problemi yaşamayacaqsa, onunla mütləq yola davam edilməlidi. Sosial şəbəkələrdə uzun illər mənimlə bağlı qəribə bir fikir formalaşdırıldı. Guya sıxıcı, müdafiəyəmeyilli futbol oynadıram. Bunu təbliğ edənlər də istəklərinə çatdılar. Futboldan uzaq qalmağımın səbəbi məhz budu. Mənə qəribə gələn odu ki, yığma baş məşqçi axtararkən mənim adım heç namizədlər arasında da çəkilmir. Elə keçmiş dönəmdə də mənim yığmanın başına gəlməyimə heç cəhd də göstərilmədi. Federasiyadan təklif gözlədiyimi demək istəmirəm. Sadəcə mənim haqda formalaşdırılan fikrin bu məsələdə də özünü göstərdiyinə işarə vururam. Heç vaxt intiqam hissi ilə yaşayan insan olmamışam. Amma təbii ki, birdəfəlik sildiyim və üzərindən xətt çəkdiyim insanlar var. Məni ən çox üzən şey Əli Koçun 2018-ci ildəki açıqlamaları oldu. O dönəm hələ klubda çalışan və mənə yaxın olan köməkçi məşqçilər guya məşq və performans məlumatlarını gizli şəkildə mənə ötürürmüşlər. Onlar məni ''Fənərbaxça''ya gətirmək istəyirmişlər. Hər halda Koçun açıqlamasından məhz bu məna çıxırdı. Bu sözləri mənə çox toxundu. Mənim kimi insanı belə bir şeydə günahlandırması məni çox zədələdi''.
ƏLİ