"Sabah"ın baÅŸ məşqçisi Vasili Berezutski Misli Premyer Liqasının 20-ci turunda sÉ™fÉ™rdÉ™ "Sumqayıt"la 0:0 hesabı ilÉ™ bÉ™rabÉ™rÉ™ qaldığı oyunu ÅŸÉ™rh edib.Â
QOL.az xÉ™bÉ™r verir ki, o, matçdan sonra keçirilÉ™n mÉ™tbuat konfransında deyib:Â
- Danışmaq bizim üçün çətindir. Bu gün həqiqətən də yaxşı oynadıq, topa nəzarət edən tərəf biz idik. Çoxlu qol fürsətləri yaratdıq. Amma bunlardan yararlana bilmədik. Çalışmağa davam edəcəyik.
- Hücumçuların son oyunlarda məhsuldarlığının aşağı olmasının səbəbi nədir?
- Eniş o zaman deyə bilərik ki, yetərincə qol fürsətləri yaratmırsan. Bəzən buna psixologiya ilə kömək edirlər. Bu gün çoxlu qol epizodları yaratdıq. Bəzən daha keyfiyyətli çıxış edə bilərdik.
- Qol vurmaq üçün başqa nə çatmadı?
- Təkrar edirəm, bu gün üstünlük, oyuna nəzarət bizdə idi. Rəqibin cərimə meydançasında 5-6 qol fürsətimiz oldu. Futbolda belə hallar olur. Bunun üzərində çalışmalıyıq.
- Yeni qapıçı Stas Pokatilovun bu gün heyətdə yer almamasının səbəbi nədir?
- O, hələ hazır deyil. 4-5 gündür məşq edir. Formasını yığdıqdan sonra onu qapıda görəcəyik. Onu da qeyd edim ki, Yusif İmanovun son oyunlardakı göstəricilərindən razıyam.
- Elvin Camalovun komandadan ayrılmasının səbəbi nədir?
- Bəzi oyunçular var ki, bəzən məşqçinin oyun tərzinə uyğun gəlmir. Elvin oynamaq istəyirdi, ehtiyat oyunçular skamyasında oturmaq istəmirdi. Ona sadəcə uğurlar arzu edə bilərik. (sportal.az)