"Əl-Hilal "Liverpul"un futbolçusu Məhəmməd Salahı heyətinə qatmaqda israrlıdır.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi 32 yaşlı cinah oyunçusu üçün böyük təklif hazırlayır.
"Əl-Hilal" misirli futbolçuya 2028-ci ilə qədər sözləşmə təklif edəcək.
Salahın "Liverpul"la müqaviləsi isə 2025-ci ilin yayına qədərdir. Tərəflər yeni sözləşmə bağlamaq üçün razılığa gələ bilməyiblər.
Qeyd edək ki, Salah bu mövsüm bütün turnirlərdə 31 matça çıxıb, 22 qol vurub, 17 məhsuldar ötürmə verib.
Bizim.Media