ABŞ prezidenti Donald Tramp 3-cü müddətə prezident olmaq ehtimalı barədə istehza ilə danışıb.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
O, üçüncü müddətə yenidən seçilmə ehtimalını “saxta başlıqlar” adlandırıb.
“Bir yox, iki dəfə, üç və ya dörd dəfə xidmət etmək həyatımın ən böyük şərəfi olacaq. Başlıqlar, saxta xəbər başlıqlarıdır, - Ttramp deyib.
Bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının üzvü Endi Oqles (R-Tennessee) ABŞ Konstitusiyasına Trampın üçüncü müddətə Ağ Evdə qalmasına imkan verən düzəliş təklif etmişdi. Bu, indi qanunla qadağandır. Oqles hesab edir ki, belə bir addımı atmaqla Birləşmiş Ştatlar “millətimizin çox ehtiyac duyduğu cəsarətli liderliyi qoruyub saxlaya bilər”.