Bakı. Trend:
Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verirki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatyayıb.
Yeraltı təkanların episentri təxminən 771 min nəfərlik əhalisiolan Tainan şəhərindən 43 km şimal-şərqdə yerləşib. Zəlzələninocağı 16 km dərinlikdə olub.
Hazırda tələfat və dağıntılarla bağlı məlumat verilmir.