Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib.
Tayvanda 5,2 maqnitudalı zəlzələ baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 771 min əhalisi olan Taynan şəhərindən 42 kilometr şimal-şərqdə yerləşib.
Zəlzələ ocağı 2 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.