Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib.
Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 770 min nəfər əhalisi olan Taynan şəhərindən 43 km şimal-şərqdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.