Şimali Koreya gəmidən atıla bilən yeni ballistik raketləri sınaqdan keçirib.
Axar.az xəbər verir ki, bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilir ki, raketlər müəyyən edilmiş hədəfləri dəqiqliklə vurub.
Raket sınağında Şimali Koreya lideri Kim Çen İn də iştirak edib.