Hazırda ekspert kimi çalışan “Liverpul”un əfsanəvi keçmiş oyunçusu Ceymi Karraqer kimi bütün zamanların ən yaxşı hücumçusu hesab etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, braziliyalı Ronaldo Nazario ilə niderlandlı Marko van Basten arasında seçim etməkdə tərəddüd edib:
“Vay. Məncə çoxları Ronaldonu seçərdi. Hər kəs onu seçir. Onun oyununu nə qədər tez-tez izləyirdiniz? Mənim üçün Ronaldo və Marko van Basten arasında seçim etmək çətindir. Bilirəm ki, insanların çoxu Ronaldonu seçəcək, amma mən van Basteni seçirəm”.