EN

Milli valyuta devalivasiyaya doÄŸru gedir

Gürcüstanın milli valyutası lari son dövrlərdə beynəlxalq valyutalar qarşısında dəyərini itirməkdə davam edir.

"Bakuinfo" xəbər verir ki, İqtisadçı ekspert Giorgi Papava "PalitraNews" kanalında bu vəziyyəti şərh edərək, Gürcüstan Milli Bankının valyutanın sabitliyini qorumaq üçün göstərdiyi səylərin daha geniş və ağrılı bir devalvasiya ilə nəticələnə biləcəyini bildirib.

Papavanın sözlərinə görə, növbəti 2-4 ay ərzində milli valyutanın sabit saxlanılması üçün atılan addımlar, gələcəkdə makroiqtisadi sabitliyə təhlükə yarada bilər. O qeyd edib ki:

2025-ci ildə dolların məzənnəsi 3 lari həddini keçə bilər.Qısa müddətli dövrdə məzənnənin zəifləməsi inflyasiyaya ciddi təsir göstərəcək.

İqtisadçı hesab edir ki, lari üzərində təzyiq, xüsusilə idxal məhsullarının bahalaşması ilə daha da artacaq və bu, inflyasiyanın əsas səbəblərindən biri olacaq.

Ölkədəki iqtisadi problemlərlə yanaşı, iki aydır davam edən etiraz aksiyaları da diqqət çəkir. Bu aksiyalar Baş nazir İrakli Kobaxidzenin Avropa İttifaqına inteqrasiyadan imtina etməsi və qrantları qəbul etməyəcəyi ilə bağlı açıqlamalarına qarşı yönəlib.

Yanvarın 16-da 1 ABŞ dolları 2.8446 lari olduğu halda, yanvarın 24-də bu göstərici 2.8834 lari təşkil edib.Son bir həftədə lari təxminən 4 tetri dəyər itirib.

Chosen
14
bakuinfo.net

1Sources