EN

"Real"ın prezidenti ulduz futbolçu ilə müqaviləsinin müddəti bitənədək danışıqlar aparılmasını istəmir

İspaniyanın "Real" klubunun prezidenti Florentino Peres futbolçu Vinisius Juniorla müqaviləsinin müddəti bitənədək danışıqların aparılmasını istəmir.

"Report" xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

24 yaşlı braziliyalı oyunçunun "kral klubu"ndakı taleyinə gələn ilin yayında aydınlıq gələcək.

Peres vingerlə sözləşməsinin vaxtının 2029-cu ilin yayınadək artırılmasını planlaşdırır.

Qeyd edək ki, Vinisius Juniorun paytaxt klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. Daha əvvəl mətbuatda Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun onun üçün "Real"a 350 milyon avro ödəyə biləcəyi yazılıb.

Chosen
19
2
report.az

3Sources