Super Liqa təmsilçilərindən “Beşiktaş”ın futbolçusu Semih Kılıçsoy karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Aston Villa" və “Nyukasl” 19 yaşlı hücumçunun xidmətində maraqlıdır.
Premyer Liqa klubları yaxın zamanda Semih üçün rəsmi təklif göndərəcək.
Kılıçsoy bu mövsüm Super Liqada 18 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.
Muslera “Qalatasaray” tarixinə düşüb
Osimhen "Qalatasaray"a 3 xal qazandırdı – video
La Liqa: Lider xal itirmədi
A Seriyası: “Bolonya” “Empoli” ilə bacarmadı
“Qalatasaray” Türkiyə millisinin üzvü ilə maraqlanır