EN

Prokurorluq Cənubi Koreya Prezidentini qiyam təşkil etməkdə ittiham edir

Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreya prokurorluğu Prezident Yun Sok Yolu ölkədə qiyam təşkilində ittiham edir.

Hafta.az xəbər verir ki, prokurorluq rəsmi ittiham aktını hərbi vəziyyətin tətbiqi ilə əlaqədar qiyam təşkili şübhəsi ilə başlanmış təhqiqat çərçivəsində yanvarın 15-də saxlanılmış Prezidentin həbsinin sonuncu günündə - yanvarın 26-da axşam saatlarında elan edib.

Qanunlara görə saxlanma müddətində şəxsə qarşı ittiham aktı elan olunmazsa, o, sərbəst buraxılmalıdır. Məhkəmə prokurorluğun Prezidentin saxlanma müddətini uzatmaq haqqındakı 2 vəsatətini təmin etməyib. Prokurorluq Korrupsiyaya Qarşı Mübarizədə İdarəsinin başlatdığı təhqiqatla tanış olduqdan sonra kifayət qədər dəlil olduğu üçün Prezidentə qarşı rəsmi ittiham elan edib. Bu, Cənubi Koreya tarixində vəzifədə olan prezidentin ilk dəfə cinayətə görə ittiham olunmasıdır.

Chosen
18
50
hafta.az

10Sources